Britaniyada qeydə alınan koronavirusun mutasiya olunmuş forması çox təhlükəli deyil - ÜST

21:49 15.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyada qeydə alınan koronavirusun mutasiya olunmuş forması insanlar üçün çox təhlükə yaratmır.

Hafta.az-ın “Sky News”a istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi nümayəndəsi David Nabarro bildirib.

O qeyd edib ki, mutasiyaya uğramış virus təhlükəli olmasa da, onun daha yoluxucu olduğu görünür.

Xatırladaq ki, daha əvvəl Britaniyanın səhiyyə naziri Matt Hankok bildirib ki, britaniyalı alimlər ölkənin cənub-şərqində xəstəliyin sürətlə yayıldığını və bunun infeksiyanın mutasiyaya uğramış forması ilə əlaqədar olduğunu açıqlayıblar. Nazirin sözlərinə görə, ilkin təhlillər göstərir ki, virusun bu variantı məlum olandan daha sürətli yayılır.